Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81701
az

Avropa Parlamenti Ukraynanın Aİ-yə qəbuluna hazırlaşmağa çağırıb

21:3502 Fevral, 2023
94
DÜNYA
  • A

Avropa Parlamenti fevralın 3-də Kiyevdə keçiriləcək Aİ-Ukrayna sammitindən gözləntilərini əks etdirən qətnamə qəbul edib.

 

Oxu24.com  xəbər  verir  ki,  Avropa Parlamentinin  saytında yer  alan məlumata  görə, sənədi 489 deputat dəstəkləyib, əleyhinə - 36 nəfər səs verib.49 nəfər isə bitərəf qalıb.

 

Xüsusilə, qətnamədə Avropa Parlamenti Aİ-ni “qoşulma ilə bağlı danışıqlara başlamaq üzərində işləməyə və Ukraynanın Aİ-nin vahid bazarına daxil olmasını təmin etmək üçün növbəti addımları əks etdirən yol xəritəsini dəstəkləməyə” çağırır.


Avropa Parlamentinin deputatları Ukrayna hakimiyyətini “ölkənin Aİ-yə üzvlük meyarlarına uyğun gəlməsi üçün mümkün qədər tez əhəmiyyətli islahatlar aparmağa” çağırıblar.

 

Qətnamədə həmçinin Ukraynaya dəstəyin gücləndirilməsinin vacibliyinə də işarə edilir. Aİ-yə üzv dövlətlər “Kiyevə hərbi yardımı, xüsusən də silah-sursatla təminatını artırmalı və sürətləndirməli, eyni zamanda lazımi siyasi, iqtisadi, infrastruktur, maliyyə və humanitar dəstəyi təmin etməlidir”.

 

Tərcümə: Nigar

 

Sənəddə qarşıdan gələn Aİ-Ukrayna sammitində Ukraynanın yenidən qurulması üçün kompleks tədbirlər paketinə üstünlük verilməsi tələb olunur. O, qısa, orta və uzunmüddətli perspektivdə ölkəyə kömək və yenidən qurmağa yönəldilməlidir. Onların fikrincə, bu cür dəstək Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra iqtisadi artımın stimullaşdırılmasına da kömək edəcək.

Ukraynanın yenidənqurma ehtiyaclarını qiymətləndirən qətnamədə Avropa Parlamentinin Avropada dondurulmuş Rusiya vəsaitlərindən, o cümlədən rusiyalı iş adamlarının aktivlərindən istifadə etmək çağırışı təkrarlanır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza yerində şok detal: naməlum adam...
Çin avtomobilin satış tarixini AÇIQLADI
İran Nazirlər Kabineti: “Hökumətin işi fasiləsiz davam edəcək”

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda qadını döyüb ona qarşı quldurluq edən şəxs SAXLANILDI