İran hakimiyyəti qonşu ölkələri birləşdirən Mir qaz kəmərinin onun hissəsinin tikintisini gecikdirdiyinə görə Pakistana qarşı beynəlxalq məhkəməyə 18 milyard dollarlıq iddia qaldırmağa hazırdır.
Oxu24.com xəbər verir ki,bu barədə Daily Pakistan qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, Tehran yanvar ayında İslamabada ultimatum verib ki, qaz kəmərinin Pakistan hissəsi 2024-cü ilin fevral-mart aylarına qədər tikilməsə, iddia dərhal məhkəmələrə veriləcək.
Pakistan dövlət şirkəti Interstate Gas Systems və İranın İran Qaz Şirkəti hələ 2009-cu ildə qaz kəmərinin tikintisinə dair müqavilə imzalayıb. Onun şərtlərinə görə, Pakistan qaz kəmərinin 800 km-lik hissəsini tikməyi öhdəsinə götürmüşdü, lakin onun tikintisi 14-cü ildir ki, davam edir, Pakistanla sərhədə qədər olan İran hissəsi isə çoxdan tikilib və istismara hazırdır.
Pakistan hökuməti daha əvvəl İrana ABŞ-ın təzyiqi və anti-İran beynəlxalq sanksiyaları səbəbindən layihəni davam etdirə bilməyəcəyini bildirmişdi, lakin buna baxmayaraq, 2024-cü ilə qədər öz hissəsini tikməyi öhdəsinə götürmüşdü.
İlkin layihəyə görə, ümumi uzunluğu 2,7 min km və dəyəri 1,5 milyard dollar olan Mir qaz kəməri İrandan Pakistandan keçməklə Hindistana qədər uzanmalı idi. Onun fəaliyyətə başlaması 2014-cü ilə planlaşdırılırdı. Hindistanın Pakistan hissəsində qaz kəmərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı problemləri əsas gətirərək yüksək risklərə görə layihədən çəkilməsindən sonra tikinti ləngiyib.
Mir qaz kəmərinin İran hissəsi Fars və Oman körfəzlərinin sahilləri boyunca Eseluye bölgəsindəki qaz yatağından Pakistanla sərhədə qədər çəkilir. Bu ölkədə qaz kəməri Qvadar dəniz limanından keçməlidir, buradan qaz mərkəzi rayonlardakı istehlakçılara çatdırılmalıdır. Layihə üzrə qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 21,5 milyon kubmetrdir.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR