Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81657
az

Reabilitasiya mərkəzində müalicə alan gənc faciəvi şəkildə öldü

14:4402 Fevral, 2023
167
KRİMİNAL
  • A

Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 31-nə keçən gecə X.Məmmədov küçəsi 44 ünvanında yerləşən “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reablitasiya mərkəzində müalicə alan 27 yaşlı Roma Fataxov özünü həyətdəki hovuza atıb.

O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib.

Xəstəxanaya aparılan R.Fataxov orada vəfat edib.

Roma Fataxovun özünü hansı şəraitdə və nə məqsədlə hovuza atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü
Azərbaycanda 15 yaşlı qız intihar etdi