Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81620
az

Ukrayna enerjiyə dəstək üçün 144 milyon avrodan çox vəsait alıb

17:2701 Fevral, 2023
107
DÜNYA
  • A

Ukrayna enerji sektorunu dəstəkləmək üçün Qərb tərəfdaşlarından 144 milyon avrodan çox vəsait alıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.


“2023-cü il fevralın 1-nə Ukraynanın Enerjiyə Dəstək Fonduna 144,36 milyon avro vəsait daxil olub.

 

Donorlar Almaniya, Böyük Britaniya, İspaniya, Avstriya, Danimarka, Avropa Komissiyası, Almaniyanın dövlət bankı KfW, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA), Regional Enerji və İnfrastruktur Əməkdaşlıq Fondu (REKK) olub.

 

Bu vəsaitin 108 milyon avrosu Ukrayna enerji şirkətlərinin kritik ehtiyaclarını ödəmək üçün enerji avadanlığı, yanacaq və xidmətlərin alınmasına yönəldilib.

 

Ukrayna hakimiyyətinin məlumatına görə, ölkənin enerji infrastrukturunun 50%-i məhv edilib. 2022-ci il dekabrın 9-da Ukraynanın baş naziri Denis Şmıxal bütün istilik və su elektrik stansiyalarının və yüksək gərginlikli şəbəkə obyektlərinin 40%-nin müxtəlif dərəcədə zədələndiyini bildirib.

 

Təcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nüvə fəlakəti ehtimalı ABŞ-da QORXU YARATDI -Bunkerlər sürətlə tikilir
Cənubi Koreya və ABŞ birgə təlimləri başa çatdırıb
İndi də İstanbuldan Rusiyaya uçur -Avqustun 31-də...


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
İran vətəndaşı ilə əlbir olan narkokuryer həbs edildi - VİDEO