Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81615
az

Rumıniya Prezidenti sabah Azərbaycana gələcək

23:3601 Fevral, 2023
133
DÜNYA
  • A

Rumıniya Prezidenti Klaus İohannis fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Oxu24.com Rumıniya mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində K.İohannis ikitərəfli münasibətlərin inkişafı, habelə enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.

Bununla yanaşı, Rumıniya dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək.

Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək. Digər müzakirə mövzusu Rumıniya ilə Azərbaycan Avropa və Mərkəzi Asiya arasında strateji təşəbbüslər üzrə əməkdaşlığın genişləndirilməsi olacaq.

K.İohannisin Bakıya səfəri 2022-ci il dekabrın 17-də Buxarestdə dövlət başçıları arasında aparılmış danışıqların davamıdır.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya ilə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ilk dövlətdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nüvə fəlakəti ehtimalı ABŞ-da QORXU YARATDI -Bunkerlər sürətlə tikilir
Cənubi Koreya və ABŞ birgə təlimləri başa çatdırıb
İndi də İstanbuldan Rusiyaya uçur -Avqustun 31-də...


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
İran vətəndaşı ilə əlbir olan narkokuryer həbs edildi - VİDEO