Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81600
az

Baydenin Ukraynaya F-16 verməkdən imtina etməsi Pentaqonun narazılığına səbəb olub

22:1501 Fevral, 2023
106
DÜNYA
  • A

ABŞ Müdafiə Nazirliyi ABŞ prezidenti Co Baydenin F-16 qırıcılarını Ukraynaya verməkdən imtina etməsinə şübhə və narazılıqla reaksiya verib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  The Washington Post yazıb.


Pentaqon Ukraynaya daha fəal dəstək verilməsinin tərəfdarıdır. Bununla belə, Ağ Evin Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım göstərilməsi məsələsinə ehtiyatlı yanaşması ABŞ Müdafiə Nazirliyində məyusluq yaradır.

Departament hesab edir ki, F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi bir az sonra təsdiqlənəcək. Əvvəllər elə hallar olub ki, ABŞ administrasiyası Ukraynanın müəyyən növ silahların tədarükü ilə bağlı müraciətlərini rədd edib, lakin sonda mövqeyini dəyişib. Nümunə olaraq M1 Abrams tanklarının Ukraynaya verilməsi ilə bağlı vəziyyəti xatırladırlar.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ hərbi paketləri Ukraynanın ehtiyac və tələblərinə uyğunlaşdıracaq.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanın mövcud hərbi hava qüvvələri potensialını dəstəkləmək və gücləndirmək üçün artıq qısamüddətli yardım göstərib.

Nəşr əlavə edir ki, yəqin ki, söhbət sovet təyyarələri üçün ehtiyat hissələrin tədarükündən gedir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Husilər Rusiya yüklərini daşıyan tankerlərə hücum ediblər
Prezidentin qardaşı oğlu Qırğızıstanda saxlanılıb
Avropa ermənilər üçün yaşıl işığı yandırıb

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO