Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
816
az

Ermənilərin yaraladığı Ağcabədi sakinindən xəbər var - FOTO

09:5919 Aprel, 2018
1359
DÜNYA
  • A
Ermənilərin odlu silahla yaraladığı 27 yaşlı Rahim Hacıyevin bel nahiyəsində olan qəlpəni götürmək mümkün olmayıb.
Oxu24.com -un APA-ya istinadən məlumatına görə, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Cərahiyyə Şöbəsinin müdiri Vaqif Bağırov açıqlamasında bildirib ki, qəlpənin olduğu yerdə əməliyyat aparılması həyatı təhlükə daşıdığı üçün onu xaric etmək mümkün olmayıb.

“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev xəstəxanaya döş qəfəsinin sağ yan səthindən daxilə sirayət edən odlu silah yaralanması ilə gətirilib. Vəziyyəti ağır idi, arterial təzyiqi aşağı, şok vəziyyətdə idi. Təcilli müayinəyə aparıldı, döş boşluğunda çoxlu miqdarda qan olması, ağ ciyərin zədələnməsi aşkar edildi. Rentgen müayinəsi zamanı güllə yarasının 12-ci döş fəqərəsi ilə 1-ci fəqərə arasında diskə yaxın olduğu müəyyən edildi. Təcili qaydada əməliyyata götürüldü. Döş boşluğunda olan 300 ml qram qan götürüldü və sağ ağ ciyərin deşilmiş yeri tikilərək bərpa edildi. Xəstənin döş boşluğu drenaj edildi. Hal-hazırda xəstə süni tənəffüs aparatından ayrılıb reanimasiya palatasına köçürülüb, vəziyyəti ağırdır”, - deyə o vurğulayıb.


Qeyd edək ki, R. Hacıyev bu gün saat 13:30 radələrində əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Tramp Milli Təhlükəsizlik Şurasını dağıtdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı