Şəmkir rayonunun Mahmudlu kəndində yaşlı qadın yanıq xəsarətlərindən ölüb.
Oxu24.com-un məlumatına görə, görmə qabiliyyətini itirmiş, 1951-ci il təvəllüdlü Gültəkin Məmmədova soba üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR