Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81593
az

Bəxtiyar Hacıyev barədə məhkəmə qərarı açıqlandı

21:0401 Fevral, 2023
86
CƏMİYYƏT
  • A

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.

Xətai Rayon Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi çıxış edərək təqsirləndirilən şəxsin həbsinin davamına etirazlarını əsaslandırıblar. Müstəntiq vəsatətin təmin edilməməsini tələb edib.

Hakim Bəxtiyar Məmmədov tərəflərin çıxışlarını dinlədikdən sonra qərar elan edib.

Qərarda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığı qeyd olunaraq, qaldırılmış vəsatət rədd olunub.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi