Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81577
az

Fransada 3 milyona yaxın insan pensiya islahatına etiraz etdi

14:5201 Fevral, 2023
114
DÜNYA
  • A
Fransada pensiya islahatına qarşı kütləvi etiraz aksiyaları keçirilir. 
 
Oxu24.com  “Barron's” jurnalına istinadən xəbər verir ki, yanvarın 31-i ölkə üzrə aksiyalarda təqribən 2,8 milyon insan iştirak edib.
 
Polisin məlumatına görə, paytaxt Parisdə təşkil olunan aksiyalara 87 minə yaxın insan qoşulub. 
 
 
Ölkədə təqaüd yaşının 62-dən 64-ə qaldırılmasına qarşı etirazların davam edəcəyi bildirilir. Belə ki, fevralın 7 və 11-nə yeni aksiyalar planlaşdırılır. Yanvarın 19-u keçirilən aksiyada isə 2 milyon insan iştirak edib. 
 
Qeyd edək ki, Fransanın Baş naziri Elizabet Born yanvarın 10-u Fransanın pensiya islahatlarının əsas istiqamətlərini təqdim edib. Fransa hökuməti isə sözügedən islahatı 2023-cü il sentyabrın 1-dən tətbiq etməyi planlaşdırır. Hökumətin planına əsasən, ölkədə pensiya yaşı ildə 3 ay olmaqla 62-dən 64-ə qədər artırılacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın məhkəməsi təxirə salındı
Japarov fərman imzaladı - Seçki keçiriləcək
Paşinyandan Zəhgəzur dəhlizi açıqlaması

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var