İsrailin baş naziri Benyamin Netanyahu ona belə vasitəçilik təklif olunarsa, Rusiya və Ukrayna arasında hərbi münaqişədə vasitəçi rolunu nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.
Netanyahunun sözlərinə görə, ona belə bir rol müharibənin ilkin mərhələsində təklif olunub.
Oxu24.com xəbər verir ki, Netanyahu CNN-ə müsahibəsində təklifi kimin verdiyini açıqlamdan belə deyib: “Məndən bunu Ukraynadakı şəxslərdən biri münaqişənin ilkin mərhələlərində xahiş etmişdi".
Onun sözlərinə görə, müraciəti qeyri-rəsmi olduğu üçün münaqişə tərəfləri arasında vasitəçilik etmək istəməyib. “Dedim ki, baş nazir (Naftali Bennet) var, qoy o, bununla bağlı nə edəcəyinə qərar versin. O, cəhd etdi və uğursuz oldu”, - deyə baş nazir bildirib.
“Bütün maraqlı tərəflər məndən xahiş etsələr, mən bu təklifi mütləq nəzərdən keçirəcəyəm”, o əlavə edib.
Netanyahunun Rusiya ilə Ukrayna arasında effektiv vasitəçi ola biləcəyini daha əvvəl Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixail Podolyak demişdi və İsrailin baş nazirinin müasir müharibələr haqqında təsəvvürə malik olduğunu və bu müharibənin rolunu başa düşdüyünü izah etmişdi.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR