Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81528
az

\"Vaqiə\" surəsində dünyanın sonunda baş verəcək hadisələr

10:0201 Fevral, 2023
172
  • A

Qurani-Kərimin əlli altıncı surəsi "Vaqiə" adlanır. 96 ayədən ibarət bu surə Qurani-Kərimin 27-ci cüzündə yer alıb. Məkkədə nazil olan bu surə Peyğəmbərə (s) nazil olan qırx dördüncü surədir.

"Vaqiə" hadisə deməkdir. Qiyamət gününün adlarındandır; Birinci ayədə bu söz işlədildiyi üçün bu surə "Vaqiə" adlanır.

"Vaqiə" surəsi qiyamət günü və onun hadisələri haqqında danışır; O gün insanlar diriləcək və dünyada etdikləri əməllər mühasibə olunacaq. Əvvəldə, onun bəzi hadisələri, məsələn, yerin vəziyyətinin dəyişməsi, orada zəlzələlərin baş verməsi və dağların parçalanmasından danışır.

Sonra insanları üç qrupa bölür və hər bir qrupun aqibətini bəyan edir: (1) qabaqcıl olanlar qrupu, (2) Sağ dəstə (3) Sol dəstə. Bundan sonra Allahın rübubiyyətini, Qiyamət gününü və Quranı inkar etməklə məşğul olan solçu qrupa cavab olaraq dəlillər qeyd edir. İnsanları tövhid və Qiyamət gününə iman gətirməyə dəvət edir.

"Vaqiə" surəsinin məzmunu ilə bağlı bunları qeyd etmək olar:

Qiyamətin başlanğıcı və onun çətin və dəhşətli hadisələrindən bəhs edir. O gün insanların dünyada etdiklərinə görə üç dəstəyə bölünməsindən danışır; Allaha yaxın insanların məqamı və cənnətdəki mükafatlarını qeyd edir.

İkinci qrup, yəni sağ qrup və onlar üçün olan ilahi nemətlərin növləri haqqında müzakirə aparır. Sol qrup və onların cəhənnəmdəki ağrılı cəzaları haqqında danışılır.

Allahın qüdrətini, insanın dəyərsiz bir nütfədən yaradılmasını, Allahın nişanələri olan bitkilərdə həyatın olmasını, yağışın yağmasını və atəşin nurunun mövcudluğunu bəyan etməklə qiyamətin isbatı üçün dəlilləri ifadə edir.

İnsanın ölüm halının və dünyadan başqa bir dünyaya köçməsinin təsviri, möminlərin mükafatı və kafirlərin cəzası "Vaqiə" surəsində bəhs edilən digər mövzulardandır.

Sağ qrup cənnət, sol qrup isə cəhənnəm əhlidir. Lakin "Vaqiə" surəsinin 10-cu ayəsində "qabaqcıl olanlar" qrupu haqqında buyurur: "Öndə olanlar, onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər!".

Təfsirçilər müxtəlif fikirlərə malikdirlər. Seyyid Məhəmmədhüseyn Təbatəbai Quranın digər ayələrindən belə nəticəyə gəlir ki, birinci "öndə olanlar"dan məqsəd yaxşı işlərdə öndə olanlardır.

İkinci "öndə olanlar"dan məqsəd isə Allahın məğfirət və rəhmətinə çatmaqda öndə olanlardır. Çünki yaxşı işlərdə üstün olmaq, Allahın bağışlamasına nail olmaqda insanın öndə olmasına səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ