Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81518
az

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı artırılıb

23:1731 Yanvar, 2023
113
CƏMİYYƏT
  • A

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı artırılıb, ştat cədvəlləri yenilənib.

Bu, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarında əksini tapıb.

Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli Qərarı ilə "Dövlət büdcəsindən maliyyələşən və bir sıra təşkilatların işçilərinin aylıq vəzifə maaşları sxemləri təsdiq edilib. Adıçəkilən Qərara görə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin "Naxçıvan Mətbəxi" Kulinariya Mərkəzinin, "Naxçıvan Muxtar Respublikasının dövlət arxivi və rayon (şəhər) dövlət arxivlərinin, "Naxçıvan Dövlət Film Fondunun, "Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin" əməkdaşlarının, "İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin" əmək haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 yanvar tarixli Qərarına uyğun olaraq artırılıb.

Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 yanvar tarixli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Aparatının və tabeliyində olan qurumların ştat cədvəlləri və strukturu yenidən təsdiq edilib.

Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 19 yanvar tarixli Qərarı ilə "Rayon (şəhər) qəzetlərinin ştat cədvəli"nin təsdiq edilməsi haqqında" Qərarında dəyişiklik edilib. Dəyişikliyə görə bundan sonra şəhər və rayon icra hakimiyyəti orqanı olan qəzetlərin ştat cədvəlləri Naxçıvan şəhər və rayon icra hakimiyyətləri tərəfindən təsdiqlənəcək. Nazirlər Kabinetinin 2023-cü il 23 yanvar tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında" və "Xüsusi qaydada fəaliyyət göstərən notariat ofisləri işçilərinin əmək haqlarının müəyyən edilməsi barədə" qərarlarında dəyişiklik edilərək, xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərinin ştat cədvəli və işçilərin aylıq vəzifə maaşlarının müəyyən edilməsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla müvafiq qurumlar tərəfindən həyata keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Valideynlər nəzərinə: Yetkin uşaqlarla münasibətdə bu hərəkətlərə dözməyin
İsrail HƏMAS-ın neçə hərbi liderini öldürüb? - RƏQƏMLƏR
Sabah iki rayonun bəzi əraziləri QAZSIZ QALACAQ

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO