Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8150
az

Məşhur idmançımızdan həmcinsi ilə nişanlanması xəbərinə cavab

13:2121 Dekabr, 2018
826
CƏMİYYƏT
  • A
 
Məşhur taekvandoçu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova həmcinsi ilə nişanlanması barədə yayılan xəbərlər aydınlıq gətirib.

İdmançı ölkə.az-a açıqlamasında bildirib ki, fotodakı xanımla qohumdur:

“Aytən xanım mənim uzaq qohumumdur. Belə şayiələrin yayılmağı doğru deyil. Aytən xanım ailəlidir və bu, onun ailəsində böyük problem yarada bilər. Bu xəbəri ilk yazan saytla danışdım və doğum günündən çəkilmiş fotoları göndərdim. Bir daha deyirəm ki, həmin fotolar doğum günündə çəkilib. Mənim “İnstagram”da şəkil paylaşmağımın belə problem yaratmağının səbəbini anlamıram. Belə çıxır ki, bundan sonra hansısa fotonu paylaşanda ehtiyat etməliyik?”


F.Əzizova bildirib ki, barəsində ilk dəfə belə xəbər yayılır. İdmançı əməkdaşımızın “həmcinslərin evliliyinə münasibətiniz necədir” sualını belə cavablandırıb:

“Bu barədə nəsə deyə bilmərəm. Hər adamın şəxsi həyatı var”.

Qeyd edək ki, idmançının sosial şəbəkə hesabında “Həyatın hər dəqiqəsini sevin” şərhiylə paylaşdığı fotolar onun həmcinsi ilə nişanlanması barədə xəbərlərin yayılmasına səbəb olmuşdu.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ