Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81485
az

Azərbaycanda mühüm qərar qəbul edildi: 5 il müddətinə...

14:1631 Yanvar, 2023
181
CƏMİYYƏT
  • A

Sabahdan Azərbaycanda 5 il müddətində yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri vergidən azad ediləcək.

Oxu24.com  xəbər verir ki, bununla bağlı ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minir, kapital bazarında vergi rejimi dəyişir.

Vergi güzəştinin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaq. Eyni zamanda hüquqi şəxslərin istiqrazlar üzrə əldə etdiyi faiz gəlirlərini ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan etməsi və vergi ödəməsi müəyyən edilib.

Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına maraq artacaq. Dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi xidmətin müddəti 6 aya endirilir? - Açıqlama

Quru sərhədlər açılır? -Ekspert CAVAB VERDİ
Qayınanasını baltalayan gəlinin meyiti tapıldı


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
İran vətəndaşı ilə əlbir olan narkokuryer həbs edildi - VİDEO