Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madəsilə təqsirləndirilən şəxs keçmiş polis əməkdaşı Vasif Orucovun vəkili Sadiq Əfəndiyev hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan Respublikasının Konsitutsiyası ilə qorunan hüquqlarının mətbuat səhifələrində ciddi şəkildə pozulduğunu qeyd edib.
Femida.az -a müraciət edən vəkil qeyd edib ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan mətbuatda hüquqlarını müdafiə etdiyi şəxsi "dələduz" adlandırıblar.
" Çox təəssüf ki,"Təqaüdçü qadının evini dələduzluqla ələ keçirmiş polis əməkdaşı məhkəmə qarşısında", “polis zabiti yaşlı qadının evini ələ keçirdi” başlıqlı yazılarda həmin cinayət işi üzrə sabiq polis əməkdaşının təqsirsizlik prezumsiyası hüququ pozulmaqdadır. Nəzərə alınmalıdır ki, konstitusion prinsipə görə barəsində cinayət işinin istintaqının aparılmasına və işin məhkəməyə verilməsinə baxmayaraq hər kəs təqsirsiz hesab edilir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hər kəsin təqsiri məhkəmədə sübut olunmaldır. İbtidai istintaqın verdiyi ittiham hələ onun təqsirinin qanuni qaydada sübut olunması demək deyildir. Ona görə də media nümayənədilərindən xahiş edirik ki, təqsirləndirilən şəxsin hüquqlarına, ən azından öz peşə fəaliyyətlərinə hörmətlə yanaşsınlar.", deyə vəkil qeyd edib.
(Vəkil Sadiq Əfəndiyev)
Vəkil işin halları ilə bağlı saytımıza açıqlama verib. Onun sözlərinə görə, qarşı tərəf əvvəlcə özlərini münaqişəli ailə kimi göstərərək evi satdıqdan bir müddət nənə ilə nəvə birləşərək keçmiş polis əməkdaşından şikayət verib. Onlar şikayət ərizəsində qadının yaşını xüsusilə qabardıblar. Amma bizim əlimizdə mötəbər sənədlər var. O, sənədlər bütün proseslərin qanuni yolda getdiyini sübut edir.
"Bununla yanaşı qeyd edim ki, hüquqlarını müdafiə etdiyim Vasif Orucova Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madəsilə verilmiş ittiham və tərtib olunmuş ittiham aktı tamamilə əsassız olmaqla hər hansı sübuta söykənmir. Cinayət işinin materiallarında həmin ittihamı təsdiq edən nəinki sübutlar yoxdur, əksinə ittihamı təkzib edən kifayət qədər mötəbər sübutlar mövcuddur. İttihamın əssında yalnız subyektiv mülahizələr üzərində qurulmuş daxili inam dayanır, Halbuki istintaqın daxili inamı subyektiv mülahiələr üzərində deyil, toplanmış sübutların üzərinə formalaşmalıdır. Bu vəziyyətdə olan ittihamın məhkəmə baxışının nəticəsi isə yalnız bəraət ola bilər."
Vəkil mövcud sənədlərin nümunələrini saytımıza təqdim edib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Vasif Orucovun cinayət işi üzrə məhkəmə prosesi dekabrın 25-də davam edəcək.
V.Orucov polis əməkdaşı vəzifəsində çalışıb. O, Qaradağ rayon ərazisində sahə müvəkkili işləyib.
İttihama görə, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib. N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Oxu24.com
ŞƏRHLƏR