Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81472
az

Bankda pulu olanlara PİS XƏBƏR - Fevralın 1-dən...

12:2331 Yanvar, 2023
980
REDAKTORUN SEÇİMİ
  • A

Banklarda olan əmanətlər 2023-cü ilin fevralın 1-dən yenidən vergiyə cəlb ediləcək. Çünki 2016-cı il fevralın 1-dən tətbiq edilən əmanətlərin vergidən azad edilməsi müddəti başa çatacaq. 


Sfera.az xəbər verir ki, “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə əmanətlərə vergi güzəştlərinin tətbiqi müddətinin uzadılması nəzərdə tutulmayıb.  Buna görə də fevraldan əmanətlər üzrə əldə ediləcək faiz gəlirlərindən vergilər alınacaq.  

 

Millət vəkili, iqtisadçı Vüqar Bayramov hesab edir ki, vergi güzəşti bir qədər də uzadılmalıdır.

 

Onun sözlərinə görə vergi güzəştləri verilməzsə, bu, əmanətlərin həcminə və xüsusən də, valyuta strukturuna neqativ təsir göstərəcək, milli valyutada yığımlara maraq azalacaq:

 

“Yeddi il əvvəl bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18 faiz olub. İndi bu rəqəm 61 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividentin ödənilməsi və vergi güzəştləri manatla yığımlara marağı artırıb”.

 

Buna görə də millət vəkili təklif edir ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın, ya da sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun:

 

“Birinci halda, növbəti 1 il müddətindən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaranmayacaq. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”.

 

Qeyd edək ki, 7 il əvvəl əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Əgər 2016-cı ildə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 faizdən çox artıb. 

İşçi tələb olunur: Maaş 1000 manat+bonus

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
TƏCİLİ! Sərhəddə zəlzələ oldu

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ