Ötən gecə Bakı şəhərinin Xətai rayonunda avtomobilində güllələnərək öldürülən iş adamı Fairz Vahabovla bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 45 yaşlı Vahabov Fariz Mirzahid oğlu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub və bir müddət əvvəl təqaüdə çıxıb. O, Sadıqcan küçəsi bina 15, ev 14-də yaşayıb və hadisə də o, evə gələrkən baş verib. Belə ki, axşam saatlarında özünə məxsus olan 99 VH 222 dövlət nömrə nişanlı "Hyundai Sonata"nı park edərkən əvvəlcədən pusquda dayanan killer ona yaxınlaşıb. Həmin şəxs Fariz Vahabovun baş və sinə nahiyəsindən iki atəş açıb. Üçüncü güllə isə F.Vahabovun bədəninə keçməyib və pencəyinin arasında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Bildirilir ki, Fariz Vahabov MTN-i tərk edəndən sonra biznes fəaliyyəti ilə məşğul olub.
Araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR