Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81460
az

"Bunlar regionda mühitin yaxşılaşmasına xidmət edəcək"

09:2231 Yanvar, 2023
124
DÜNYA
  • A

2021-ci ilin dekabrında başladılmış "3+3" Konsultativ Regional Platformanın (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işini davam etdirmək niyyətindəyik.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Bu, regional iştirakçıların maraqlı olduğu praktiki tərəfdaşlıq məsələlərinə fokuslanacaq səmərəli və vaxtında təşkil edilmiş platformadır. Ankara və İrəvanla münasibətlərin normallaşmasına gəlincə, bu proses məhz Rusiyanın vasitəçiliyi ilə 2022-ci ilin yanvarında Ermənistan və Türkiyə nümayəndələri R.K.Rubinyan və S.Kılıçın Moskva görüşü ilə başladıldı. Biz bu gün hər iki tərəflə sıx münasibət saxlayırıq. Ermənistan-Türkiyə əlaqələrinin bərpa olması üçün perspektivlər açan son fəaliyyətləri təqdir edirik, belə ki, bunlar regionda mühitin yaxşılaşmasına xidmət edəcək", - Rusiya xarici işlər naziri deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi