Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81457
az

"WhatsApp"dan daha bir YENİLİK

23:4530 Yanvar, 2023
102
CƏMİYYƏT
  • A

"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.

OXU24.COM  baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" saytı məlumat dərc edib.

Qeyd olunur ki, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara münasibət bildiriləcək.

Şirkət yeni funksiyanın faydalı olacağını diqqətə çatdırıb. Həmçinin istifadəçilərin sadəcə reaksiya əlavə etməklə öz rəylərini bildirə biləcəkləri vurğulanıb.

Eyni zamanda reaksiya bildirən istifadəçilərin nömrələri gizli saxlanılacaq.

Yeni funksiya inkişaf mərhələsindədir və hələ istifadəçilər üçün əlçatan deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc