Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81414
az

Mukovissidoz

11:3930 Yanvar, 2023
134
CƏMİYYƏT
  • A

Mukovissidoz - irsi sistem xəstliyidir. Bu zaman bütun sekresiya vəzləri: mədəaltı vəz, tər vəzləri, bağırsaq vəzləri, ağ ciyər-bronx sistemi, cinsi vəzlər zədələnir.
Səbəbləri:
Bu zaman membranarası genin mutasiyası baş verir. Bu zülal ekzokrin vəzlərin ifraz etdikləri sekretin nəqliyyatını tənzim edir. Mutasiya nəticəsində bu sekret daha qatı və yapışqan olur.
Simptomları:
Əsas formaları aşağıdakılardır:
-qarışıq (ağ ciyər-bağırsaq 70-80%)
-bronx-ağ ciyər (15-25%)
-bağırsaq (5%)

Ağ ciyər-bronx forması 1-2 yaşda, tənəffüs aparatının zədələnməsi ilə meydana çıxır. Xırda və orta bronxlarda qatı bəlğəm yığılır. Xəstələri sayrışan, ağrılı tutmaşəkilli öskürək narahat edir, bakterial infeksiya qoşulduqda residivləşən bronxitlər inkişaf edir, öskürək artır, təngnəfəslik baş verir.
Bağırsaq formasında bagırsaqda cürümə prosesləri artır, qazlar toplanır ishal baş verir, qarın köpür. 1-ci aylar iştaha artır, sonra isə hipotrofiya, polihipovitaminoz baş verir. 10-15% hallarda bağırsaq keçməməzliyi inkişaf edir.
Diaqnostika:
Diaqnostikada tərdə xlor ionlarının təyini əsas rol oynayır. Belə xəstələrdə bu, normadan yüksək olur.
Siz nə edə bilərsiniz:
Əgər bu simptomları aşkar etmisinizsə həkimə müraciət edin.
Həkim nə edə bilər:
Xəstəliyin ağırlıq dərəcəsindən asılı olmayaraq xəstə stasionara yerləşdirilir. Terapiya kompleks aparılmalıdır, kinezoterapiya (bəlğəmin ifrazına kömək edən xüsusi məşğələlər) aparılmalıdır. Məşğələlər gündəlik və ömürlük aparılır.
Profilaktika:
Əgər ailədə bu xəstəlik varsa hamiləliyə qədər həkim-genetikə müraciət etmək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmmunoloqdan tövsiyə - Əlləri gündə neçə dəfə yumaq lazımdır?
Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir
Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı üçünişlər görülür

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
FHN-in əməkdaşı güllələnərək qətlə yetirilib