ABŞ prezidenti Co Bayden yanvarın 25-də Ağ Evdə Ukraynaya yardımla bağlı çıxış edəcək.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Amerika liderinin Ağ Ev tərəfindən yayımlanan yenilənmiş qrafikində deyilir: “Co Bayden yanvarın 25-də Ukraynaya davamlı dəstək haqqında çıxış edəcək”. Çıxış Bakı vaxtı ilə saat 21:00-a planlaşdırılıb.
Qarşıdan gələn çıxışın mahiyyəti ilə bağlı əlavə təfərrüatlar verilmir.
KİV Baydenin çərşənbə günü Kiyevə Abrams tanklarının tədarükünü elan edə biləcəyini yazmışdı.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR