Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8123
az

Şəmkirdə 28 yaşlı oğlan 200 iynə udub - “Yuxarıdan vəhy gəlir” / VİDEO

18:3620 Dekabr, 2018
885
KRİMİNAL
  • A
 
28 yaşlı Şəmkir rayon sakini hər gün 6-7 ədəd iynə udur. Rayon xətəxanasında maraqlı hadisə baş verib.

Oxu24.com-un əldə etdiyi məlumata görə, rayon sakini, 28 yaşlı İsayev Emin ayın 17-də Şəmkir Mərkəzi rayon Xəstəxanasına müraciət edib.

O bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans tomoqrafiya) çəkilib və məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var. Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya Respublika Klinik Xəstəxanasına göndəriblər. Hazırda onun xəstəxanada olduğu deyilir.

Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-a verdiyi açıqlamasında bildirib ki, həmin şəxs xəstəxanaya özü müraciət edib:

"Həmin şəxs özü çox rahat şəkildə xəstəxanaya gəlib. Bildirib ki, bir müddətdir narahatlıq hiss edir. Həkimlər nə ilə bağlı narahatlıq duyduğunu soruşduqda, onlara bir iynə udduğunu deyib. MRT çəkilişi zamanı həkimlər gördükləri görüntüyə inana bilməyiblər. 28 yaşlı xəstənin mədə və bağırsaqlarında 200-dən çox iynə olduğu aşkarlanıb. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Bu insanın sağ qalması möcüzədir".

P.Abubəkirov onu da əlavə edib ki, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy çıxara bilmirlər:

"Xəstə ilə bütün profillərdən olan həkimlər görüşüb. Hazırda psixoloqlar, psixiatrlar onunla söhbət edir. Həkimlər xəstənin verilən bütün suallara adekvat və normal cavablar verdiyini deyir. Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyir ki, artıq iki ildir iynə udur. Onun sözlərinə görə, yuxarıdan ona vəhy gəlib ki, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udsun.

Xəstənin əməliyyat olunması olduqca risklidir. Hazırda həkimlər bu istiqamətdə nə edə biləcəklərinə dair iclas keçirir, fikir mübadiləsi aparır. Xəstə iki ildir bu vəziyyətlə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür.

Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üstlərinə götürdüyünü deyərək onu evə aparıblar".
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb