Amerikanın “Abrams” tanklarının Ukraynaya təhvil verilməsi Rusiya Federasiyasına qarşı açıq-aşkar təxribatdır.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Antonovun sözlərinə görə, NATO-nun digər texnikası kimi Amerika tankları da Rusiya silahlı qüvvələri tərəfindən məhv ediləcək.
“Şübhə yoxdur ki, "M1 Abram"sın Kiyevə təhvil verilməsinə dair qərar qəbul olunarsa, NATO texnikasının bütün digər nümunələri məhv edildiyi kimi Amerika tankları da bizim hərbçilər tərəfindən məhv ediləcək”, - deyə Antonov bildirib.
Səfir amerikalıların müttəfiqlərə hərbi yardımın “barını” daim yüksəltdiyini qeyd edərək, ABŞ-ın məqsədyönlü şəkildə Rusiyaya strateji məğlubiyyət vurmağa çalışdığına işarə edib.
ABŞ prezidenti Co Baydenin yanvarın 25-i çərşənbə günü "Abrams" tanklarının Kiyevə çatdırılmasını elan edəcəyi gözlənilir.
Bu tankların Ukraynaya göndərilməsi Almaniyanın “Leopard” tanklarının Kiyevə daşınmasının qarşısını almağa hazır olduğu şərtdir.
KİV-in məlumatına görə, 12 ölkə Ukraynaya 100 "Leopard 2" tankı verməyə hazırdır.Rheinmetall Konserni isə Kiyevə 139 Leopard tankı göndərməyə hazırdır.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR