Beyləqanda avtomobil aşıb, ölən var.
Oxu24.com-un xəbərinə görə, hadisə yanvarın 24-də Beyləqan-Kəbirli-Ağcabədi avtomobil yolunun rayonun Örənqala qəsəbəsi ərazisindən keçən 30-cu kilometrində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Həsənov Əhməd İslam oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə Əhməd Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxu24.com
ŞƏRHLƏR