Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81145
az

TƏCİLİ! Rusiya vətəndaşlığı almış şəxslər ölkədən çıxa bilməyəcəklər

16:2023 Yanvar, 2023
381
DÜNYA
  • A

Rusiya vətəndaşlığını almış MDB ölkələrinin yerli sakinlərinə Rusiyadan çıxmağa icazə verilmir.

Oxu24.com xəbər verir  ki, bu  barədə “Azadlıq” radiosu tarixi vətənlərinə getmək istəyən, lakin sərhədi keçə bilməyən Qırğızıstan və Tacikistandan olan bir neçə yerli vətəndaşa istinadən məlumat yayıb.


“Rusiya sərhədçiləri mənə çox nəzakətlə izah etdilər ki, “sən səfərbərlik siyahısına düşmüsən, bu qanundur və sənin fevralın 12-dək xaricə getmək hüququn yoxdur”, - deyə  radionun həmsöhbətlərindən biri deyib.

Digər mənbələr deyirlər ki, vətəndaşlığa qəbul edilmiş miqrantlar çağırış vərəqələri alırlar. Onları hərbi komissarlıqda da söhbətə çağırırlar, silahlı qüvvələrdən fərariliyin ağır cəzalandırılacağını izah edirlər.

Miqrantların yaxınlarının dediyinə görə, Rusiya pasportu olanlar hava limanlarında saxlanılır. Yalnız  Rusiya vətəndaşlığı olmayan Orta Asiyadan olan yerlilər sərbəst şəkildə vətənə qayıda bilərlər.

Artıq Bişkekdə Rusiya pasportu olan işçilərə xəbərdarlıq edilib ki, elan edilən səfərbərlik şəraitində onlara kömək edə bilməyəcəklər. Rusiyanın Qırğızıstanla ikili vətəndaşlıq haqqında müqaviləsi yoxdur - o, naturalizasiya olunmuş vətəndaşların Qırğızıstanın ilkin vətəndaşlığını tanımır. Nə qədər vətəndaşlıq almış Rusiya vətəndaşının orduya çağırıldığı və Ukraynadakı müharibədə iştirak etdiyi məlum deyil.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin demişdi ki, vətəndaşlığa qəbul olunmuş vətəndaşlar Ukraynada döyüşməlidir.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xersona hücum edib: Azərbaycanlı ağır yaralanıb
İsrail “Nur əl-Şəms” terror qruplaşmasının liderini məhv edib
Ukraynalılar Rusiyanın dərinliklərində bir zərbəyə işarə etdilər


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Saxta yuyucu vasitələr istehsalında ittiham olunan sahibkar bəraət alıb