Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81085
az

“Onlarla şəhər mədəniyyətini formalaşdıra bilmərik” - VİDEO

19:1921 Yanvar, 2023
133
CƏMİYYƏT
  • A

Aparıcı Rövşanə Ağasəfqızı bir müddətdir ki, müzakirə olunan şəhərli-rayonlu mövzusuna münasibət bildirib.

OXU24.COM olay-a istinadən xəbər verir ki, bu barədə o, "Sabaha saxlamayaq" verilişində danışıb. Aparıcı bildirib ki, Əməkdar artist Bəhram Bağırzadə kimi Bakıda urbanizasiya qaydalarının pozulduğunu düşünür:

"1960-1970-ci illər ən qaymaq dövr idi. O vaxt rayondan şəhərə qaymaq ailələrinin övladları oxumaq üçün gəlirdi. Hətta çobanın da oğlu təhsili üçün Bakıya üz tuturdu. Bu gün isə işə görə, sürücülük etməyə gəlirlər. Yəni balans pozulub. Vaxt var idi ki, imkanı olanlar oxumaq üçün Moskvaya gedirdi. Bu gün xaricə oxumaq üçün gedib qayıtmaq istəmirlər. Problem budur.

Rayondan gələnlər yetəri qədər çoxdur. Biz o dövrlə müqayisə etmək istəmirik, çünki onda tamam başqa idi. Hazırda əməlli-başlı bir sel gəlir. Onlar da işləmək istəyirlər. Qadınlar xidmətçi, dayə işləmək üçün bura köçürlər. Onlarla hansı şəhər mədəniyyətini formalaşdıracağıq? O insanlarla bunu edə bilmərik. Şəhər mədəniyyətini formalaşdıran təhsil, intellektdir. Təhsilimiz bərbad gündədir. Bunu buradan səsləndirirəm. Cümlə yaza, cümlədə vergül qoya bilməyənlər çıxıb müzakirə aparırlar. Biz mədəniyyəti formalaşdırmaqdan danışırıq. Amma mədəniyyəti beyinlər inkişaf etdirir. Bizim böyük bəstəkarlarımız kənddə qalsalar musiqi müəllimi olacaqdılar, ədəbiyyat adamları tamada, Azərbaycanı təmsil edən müğənnilər rayonda yaşamağa davam etsələrdi, toy ifaçısından o tərəfə gedə bilməyəcəkdilər. Şəhərə gəlib oxumalı idilər. Təhsil aldılar və mədəniyyəti formalaşdırdılar. Burada şəhərli-rayonlu məsələsi deyil. Mühit lazımdır, o da yoxdur, urbanizasiya qaydaları tamam pozulub və kababxanaya çevrilib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq
Ukraynaya 4,2 milyard avro dəyərində yeni yardım

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO