Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81025
az

Gürcüstan prezidenti Rusiya ilə uçuşların bərpasının əleyhinədir

17:1020 Yanvar, 2023
174
DÜNYA
  • A

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə uçuşların bərpasına qarşı çıxıb.

 

Oxu24.com  Gürcüstan mediasına istinadən xəbər  verir  ki, O, həmçinin hökuməti Rusiya vətəndaşlarının respublikada qalma qaydalarını sərtləşdirməyə çağırıb.


“Rusiya ilə hava əlaqəsinin bərpasını alqışlamıram! Bütün tərəfdaş ölkələrin Ukraynanın fədakar mübarizəsi ilə həm sözdə, həm də əməldə maksimum həmrəylik ifadə etdiyi bir vaxtda mənim üçün və əminəm ki, cəmiyyətin əksəriyyəti üçün hökumətin və hakim partiyanın mövqeyi belədir: bu, yumşaq, anlaşılmazdır”, - Gürcüstan lideri bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanla birbaşa uçuşların tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Bundan sonra hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, təyyarələr yenidən uçuşa başlasa, bu, Gürcüstan vətəndaşlarının vəziyyətini yüngülləşdirəcək. O xatırladıb ki, Rusiyada bir milyona yaxın etnik gürcü, eləcə də Gürcüstan vətəndaşlığı olan azərbaycanlılar və ermənilər yaşayır.

 

Tərcümə: Miri Məcidli

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Tayvanı tənqid edib
Avropa Ukrayna iqtisadiyyatını bərpa etməyin yolunu tapıb
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO