Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80964
az

Qanunsuz dərman satanların cəzası budur  - HÜQUQİ YARDIM 

20:4619 Yanvar, 2023
120
CƏMİYYƏT
  • A

Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz  mövzu  dərman vasitələrinin qanunsuz dövriyyəsi  zamanı yaranan məsuliyyətlə bağlıdır.

 

Cinayət Məcəlləsinin  200-1.1.  maddəsində  qeyd   edilir  ki, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə -

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-1.2. Eyni əməllər:

200-1.2.1. təkrar törədildikdə;

200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

200-1.2.3. külli miqdarda törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

200-1.3. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

200-1.4. Bu Məcəllənin 200-1.3-cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə min manatdan iki min manatadək olan məbləğ, 200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı