Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80957
az

Bu şəxslərin maaşı artacaq - ŞAD XƏBƏR

19:0119 Yanvar, 2023
693
CƏMİYYƏT
  • A

“Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir”.

Bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib. 

Vüqar Bayramov bildirib ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar artıq reallaşdı. “Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı.

Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz.Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür.

Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir” deyə Vüqar Bayramov qeyd edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO