Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80949
az

Vasif Talıbovun oğlu ilə bağlı ilginc fakt: 15 yaşında...

18:0619 Yanvar, 2023
142
CƏMİYYƏT
  • A

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib. Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunur.

OXU24.COM xəbər verir ki, Qaynarinfo.az-a da Seymur Talıbov haqqında maraqlı məlumat daxil olub. Bildirilir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.

Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü BDU-ya qəbul olunduğu qeyd edilib.

Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO