Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80860
az

Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq - Açıqlama

15:4718 Yanvar, 2023
143
REDAKTORUN SEÇİMİ
  • A

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il dekabr ayının qiymət indeksini açıqlayıb.

Oxu24.com  xəbər verir ki, “Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin dekabr ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin dekabr ayına nisbətən 19.3% artım müşahidə edilib.

Belə ki, tez köhnələn qida məhsullarının qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 22.6% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.5% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 6.0% artım izlənilib.

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.

İndeksə əsasən, 2022-ci ilin yanvar-dekabr və 2021-ci ilin yanvar-dekabr dövrləri arasında ortalama 16.3% qiymət dəyişikliyi müşahidə olunub. Qeyd edilən dövr üzrə tez köhnələn qida məhsullarının qiymətində keçən dövrə nisbətən 14.5%, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.6%, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 12.5% artım izlənilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saatlarla qaranlıq tualetdə saxlanıldığını deyən gənclə bağlı- Rəsmi açıqlama
DİN məlumat yaydı:91 nəfər saxlanılıb
SON DƏQİQƏ! Məhkəmə ona ömürlük həbs cəzası verdi

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Beyləqanda kişi tanışını GÜLLƏLƏDİ