Türkiyədə itlərə qarşı edilən zorakılıq sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki nəfər şəxs gecə saatlarında küçə itlərinə qarşı qeyri-insanı rəftar edib. Onlar əvvəlcə kəmərləri ilə itləri döyüb, daha sonra isə təpiklə sahibsiz heyvanlara hücum ediblər. Hadisə bir nəfər tərəfində lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra heyvanların hüquqlarını müdafiə cəmiyyətinin rəhbərləri polisə müraciət edəb.
Qeyd edək ki, bu kimi hallar az da olsa, Azərbaycanda da baş verir. Mövcud qanunvericiliyə görə, heyvanlara əzab verən şəxslərin cəriməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Məcəllənin 274 –cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulur.
Oxu24.com
ŞƏRHLƏR