Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8082
az

“16 manat yüklədim, “Azəriqaz” yarısını oğurladı” - Xalq artisti qurumu ittiham etdi

13:2319 Dekabr, 2018
714
  • A
 "Halbuki, sayğac 1700 limiti keçməyib..."

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik “Azəriqaz” İstehsalat Birliyini oğurluqda ittiham edib.

Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, yaşadığı Mirəli Qaşqay küçəsi 28, blok 22, mənzil 3 ünvanına məxsus qaz sayğacı “Azəriqaz”ı n bir il üçün təyin etdiyi 1700 kubmetr baza limitini keçmədiyi halda, istifadə etdiyi hər kubmetr qazın dəyəri 20 qəpiklə hesablanır:

“Qaz sayğacına 16 manat yüklədim. “Azəriqaz” onun 50% -ni oğurladı. Halbuki, sayğac 1700 limiti keçməyib. Hazırda sayğacda 1452 göstərilir”.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev AzNews.az-a açıqlamasında bildirib ki, hər hansı bir abonent qazla bağlı kurs və ödəniş xidmətlərini istər şifahi, istərsə də yazılı formada Asan Xidmətdən əldə edə bilər:

“Ramiz Məlik də sözügedən xidmətə müraciət etsin və limiti keçib-keçmədiyi ilə bağlı baza məlumatını əldə etsin”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Bu il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq, 2017-ci ildə olduğu kimi, 2018-ci il yanvarın 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi