Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80787
az

İlham Əliyev İsveçrəyə səfər edib, “Damen Shipyards Group” şirkətinin icraçı direktoru ilə görüşüb

20:2117 Yanvar, 2023
324
SİYASƏT
  • A

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.

Oxu24.com  xəbər verir ki, Davosda dövlətimizin başçısının Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb.

Söhbət zamanı dövlətimizin başçısının Arnout Damen ilə əvvəlki görüşü xatırlanıb.

Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirib və görülən işlərdən danışıb.

Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirib.

Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Dövlət başçısı Azərbaycanın önəmli tranzit ölkəsinə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.

Görüşdə, həmiçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Lüksemburqun Baş naziri ilə görüşdü
İlham Əliyev İngiltərəyə getdi (YENİLƏNİB)
Zeynal Nağdəliyev yeni başçını kollektivə təqdim etdi

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Məhkəmə həbsdə ölən sabiq icra başçısının 600 minlik əmlakı ilə bağlı QƏRAR VERDİ