Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8078
az

​Qazın limitiylə bağlı VACİB XƏBƏR - Yanvarın 1-dən...

10:3119 Dekabr, 2018
1295
  • A
2018-ci ildə olduğu kimi 2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev bildirib ki, qeyd olunan tarixdən etibarən əhalinin illik istehlak həcminin 1700 kubmetri 170 manat, yəni 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanacaq:
“Ödənişlərində artım olmayan abonentlərin sayı 75% təşkil edir. Yəni il ərzində cəmi 25% abonent qazın limitini keçib”.

Qeyd edək ki, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır. Tarif Şurasının qərarında bu il heç bir dəyişiklik yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi