Rusiya Maliyyə Nazirliyi 2022-ci il dekabrın 15-dən 2023-cü il yanvarın 14-dək Rusiyanın Urals markalı neftinin orta qiymətinin bir barel üçün 50 dollardan aşağı düşərək 46,82 dollara düşdüyünü bildirib.
Oxu24.com xəbər verir ki, MMI Telegram kanalının yaydığı məlumata görə, eyni dövrdə beynəlxalq istinad brendi Brent-in orta dəyəri 81,5 dollar olub.
Dekabr-yanvar aylarında Brent və Urals arasında qiymət fərqi 35 dollar təşkil edib.
Brent-ə qarşı fərq rekord həddə çatıb.
Urals üzrə endirim 2022-ci ilin martında, Ukraynada müharibə başlayandan az sonra bir barel üçün 35-40 dollara çatdı, lakin sonra tədricən azalmağa başladı.
Urals indi Rusiya hakimiyyətinin ölkənin 2023-cü il büdcəsini tərtib edərkən gözlədiyindən xeyli aşağıdır: onlar neftin bir barelinin 70,1 dollar olacağını proqnozlaşdırmışdılar.
Ekspertlərin fikrincə, 45 dollar artıq büdcə üçün kritik qiymətdir. Onlar xəbərdarlıq etdilər ki, bu neft qiymətində fiskal qaydaya tezliklə düzəlişlər edilməlidir. İndi nəzərdə tutulur ki, büdcə gəlirlərindəki kəsir Maliyyə Nazirliyi tərəfindən Milli Rifah Fondundan yuan satışı hesabına kompensasiya ediləcək. MMI Telegram kanalına görə, bu sürətlə satışlar artıq 2024-cü ildə dayandırılmalı olacaq.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR