Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80690
az

Yaponiya və Hindistan ilk dəfə birgə təlimlər keçirir

14:5516 Yanvar, 2023
132
DÜNYA
  • A

 Yaponiya və Hindistan ilk dəfə yanvarın 26-dək davam edəcək birgə Hərbi Hava Qüvvələri (HHQ) təlimlərinə başlayıb.

 

Oxu24.com   xəbər  verir  ki, Kyodo Yaponiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,təlimlər yanvarın 16-dan Tokionun şimal-şərqində, İbaraki prefekturasındakı Hyakuri bazası yaxınlığında davam edir.

 

Hava döyüşünün elementlərini hazırlamaq üçün Yaponiya tərəfi dörd F-2 qırıcı-bombardmançı və dörd F-15 qırıcısı, Hindistan tərəfi isə dörd Su-30MKI qırıcısı cəlb edib. Hindistan həmçinin manevrlər üçün iki C-17 nəqliyyat təyyarəsi və bir İl-78 tanker təyyarəsi göndərib.

 

Ölkələr bu hadisə ilə bağlı hələ 2019-cu ilin noyabrında razılığa gəliblər, lakin COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

 

Hindistan ABŞ, Avstraliya, İngiltərə və Almaniyadan sonra Yaponiyanın ikitərəfli hava təlimləri keçirdiyi 5-ci ölkə olub.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+