Kilometrlərlə uzunluğu olan "yaşıl" kometa Yerə uçur.
Uzaq əcdadlarımızın sonuncu dəfə 50 min il əvvəl gördükləri kometa Yerə doğru irəliləyir.
Oxu24.com Ren tv-yə istinadən xəbər verir ki, astronomların fikrincə, səma cismi fevralın 2-də planetə mümkün qədər yaxınlaşacaq və onu adi gözlə görmək mümkün olacaq.
"Yaşıl" kometa təxminən iki həftə səmada parlayacaq. Kometa Günəşin yanından keçdikdə qaza çevrildiyi üçün belə adlandırılıb.
Alimlər qeyd ediblər ki, biz bu nadir hadisəni sonuncu dəfə görə bilərik. Bu cür hadir hadisələr 50 min ildə bir dəfə olub.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR