Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən Kənan adlı şəxs həyat yoldaşının evdən qaçdığını bildirib.
Oxu24.com ölkə.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində Vəfa Nəcəfova adlı qadının əqli çatışmazlığı olan övladını marketdə ataraq qaçdığı məlum olub.
Ata X.Hidayətqızından övladının anadan alınaraq rəsmən ona verilməsi üçün yardım istəyib. Aparıcı isə bildirib ki, uşağın rəsmən ataya verilməsinə və qadının aliment ödəməsi üçün yardımçı olacağını açıqlayıb.
Oxu24.com
ŞƏRHLƏR