Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80610
az

Rusiya Ukraynanı vurdu:Ölü sayı durmadan artır

10:2215 Yanvar, 2023
146
DÜNYA
  • A

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri qeyd edib ki, Rusiya ordusunun raket zərbələri nəticəsində 18 nəfər ölüb, 73 sakin yaralanıb:

“40-dan çox şəxs xəstəxanada, dördü isə ağır vəziyyətdə reanimasiyadadır. Xilasetmə əməliyyatı davam edir. Hazırda 40-dan çox insanın taleyi naməlum olaraq qalır”, - onun paylaşımında deyilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi
Macarıstan siyasi böhranla üz-üzədir
İran şərtini açıqladı

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi