MMA döyüşçüsünün meyiti tapılıb.
Şimali Osetiyadan olan qarışıq döyüş növləri (MMA) döyüşçüsü Georgi Qaqloyev ölü tapılıb.
Oxu24.com xəbər verir ki,“KrylyaTV” Telegram kanalının məlumatına görə, onun meyiti Moskvadan Vladivostoka gedən vaqonda tapılıb.
İlkin məlumatlara görə, onun ölümü qatar Rostov-na-Dona çatanda məlum olub. Adı çəkilən Telegram kanalının mənbəsinə görə, qohumları artıq Qaqloyevin cənazəsinə götürməyə gediblər.
MMA-ya məxsus telegram kanallarının birində hadisə yerindən görüntülər yayılıb.
"Təəssüf ki, məlumat təsdiqləndi. Ailəsinə və dostlarına başsağlığı veririk ", - deyə MMA Fan Telegram kanalının mesajında deyilir.
Hazırda ölümün səbəbi müəyyənləşdirilir. Ola bilsin ki, bu, cinayət xarakteri daşıyır.
Qeyd edək ki, Qaqloyev pop MMA-da üç döyüş keçirib, lakin üçündə də məğlub olub. Onun rəqibləri Saymumin Metro Lyublino Madiev, İbrahim İlyasov, Leiva Villagra Daniel İvan idi.
O, Hype Fighting və ARENA tanıtım turnirlərində çıxış edib.
Xatırladaq ki, 2022-ci ilin fevral ayında döyüşçünün bibisi itkin düşmüşdü. Qadını sonuncu dəfə İnquşetiya və Çeçenistan sərhədində görüblər. Daha sonra Sunja şəhərinin kənarında bir “Toyota Corolla” maşınında meyiti tapılmışdı.
Həmin qətllə bağlı Rusiya İstintaq Komitəsi “İki və ya daha çox şəxsin öldürülməsi” maddəsi ilə iş açıb.
İndi ehtimal olunur ki, idmançı da ədavət nəticəsində öldürülüb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR