Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80586
az

Baydenin evindən məxfi sənədlər tapıldı - SKANDAL

15:2814 Yanvar, 2023
136
DÜNYA
  • A

ABŞ prezidenti Co Bayden evində gizli sənədləri kitabxanada saxladığını etiraf edib.

Oxu24.com xarici mediaya istinadən  xəbər  verir  ki, söhbət Barak Obamanın hakimiyyəti dövrü ilə bağlı materiallardan gedir. Belə sənədlərin evdə saxlanması qaydaların pozulmasıdır.

Bayden jurnalistlərə deyib: "Şəxsi vəkillər dünən axşam yoxlamanı başa vurdular. Onlar evimdəki    şəxsi kitabxanamdakı  sənədlər kabinetlərindəki saxlama otaqlarında az sayda məxfi sənədlər tapdılar".

Bayden  çıxışını kağız parçasından oxuyub. O, vəziyyətlə bağlı daha ətraflı izahat verəcəyini, hələlik Ədliyyə Nazirliyi ilə sıx təmasda olduğunu bildirib.

CNN daha əvvəl Vaşinqton ofisində 2013-2016-cı illərdə Ukrayna və İraqda kəşfiyyat məlumatlarına dair Bayden dövrünə aid gizli sənədlərin tapıldığını bildirmişdi. 

Siyasətçinin etibarlı adamlarının bu kağızlara rast gəldiyi də aydınlaşdırılıb. Sənədlər hələ ötən ilin noyabrında - aralıq seçkilər ərəfəsində tapılıb.

CNN əlavə edib ki, bəzi materiallarda Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları var.

 

Materiallar dərhal milli arxivə təhvil verilib.

 

ABŞ Ədliyyə Departamenti indi onların şəxsi ofisə necə düşdüyünü yoxlayır. Ağ Ev Baydenin 2017-ci ildən 2020-ci ilə qədər administrasiyanın əməkdaşı olmadığı dövrdə bu məkandan həqiqətən istifadə etdiyini bildirib.

 

Qeyd edək ki, 2022-ci ildə Ağ Evdən götürülmüş məxfi sənədlərin saxlanması səbəbindən ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mar-a-Laqonun malikanəsində axtarışlar aparılıb. İndi siyasətçi cinayət təqibi qarşısındadır.

 

TƏRCÜMƏ: MİRİ MƏCİDLİ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ÜST dəhşətli statistikanı açıqladı: 20 mindən çox insan...
Rusiya PUA-sı bu ölkədə göründü: NATO hərəkətə keçdi

Zaxarova Putini dəstəkləmədi: "Harrisin gülüşü..."

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu