Qardaşın arvadını öldürməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com-un Open.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən İ.Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.
X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Oxu24.com
ŞƏRHLƏR