Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80566
az

Britaniya İrana sanksiya tətbiq edib

19:0314 Yanvar, 2023
77
DÜNYA
  • A

Böyük Britaniya İrana sanksiya tətbiq edib.

Oxu24.com  xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

O bildirib ki, bu, İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin bu əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”.

Nazir söyləyib ki, Ə.Əkbərinin edamına görə İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri məsuliyyət daşıyır.

Qeyd edək ki, Ə.Əkbəri 1961-ci ilin sentyabrında anadan olub.

O, İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib.

Britanya-İran ikili vətəndaşlığına sahib olub. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.

Bu addım Böyük Britaniyanın ciddi narazılığına səbəb olub. Britaniyanın Baş naziri Rişi Sunak Ə.Əkbərinin edamını vəhşi və qorxaq hərəkət kimi qiymətləndirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb
Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı