Ağsu şəhər sakini Osmanov Orxan saytımıza müraciət edərək rayonda acınacaqlı vəziyyətdə yaşayan şəxs barədə məlumat verib.
Femida.az-ın xəbərinə görə, Baxışov Niyazi Baxış oğlu şəhərin mərkəzi parkında yaşayır. Özünün bildirdiyinə görə, soyuqdan qorunmaq üçün parkın beton zirzəmisində yatır, normal qidalana bilmir. Yatdığı yerdə heç bir qızdırıcı yoxdur və içəri nəmişlikdir, üfunətli iy gəlir. N.Baxışov antisanitar vəziyyətdə yaşayır.
Vətəndaş dövlətdən yardım istəyib:
“Aidiyyatı orqanlardan kömək istəyirəm. Məni sığınacağa aparsınlar, heç olmasa bu soyuq qış aylardında isti yerdə yatmaq istəyirəm. Bəzən içib gəlirlər, burada belə məni yatmağa qoymurlar. Quru yerdə yatırdım. Bir kişi döşək verdi, sağ olsun. Kimsə pul versə, mağazadan bir şey alıb yeyirəm, olmayanda ac qalıram”.
Osman Orxanovun bildirdiyinə görə, şəxsin görmə qabiliyyətində də problem var. Gözləri anadangəlmə qüsurludur. Eyni zamanda yeriməkdə də çətinlik çəkir, şikəstdir. Elə bu problemlərə görə bir neçə dəfə maşın vurub.
Həyatda yeganə yaxını qardaşıdır. Lakin qardaşı ona baxmaqdan imtina edib.
Oxu24.com
ŞƏRHLƏR