Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80486
az

Şüşə evdə yaşayan ailədən REPORTAJ - VİDEO - FOTO

12:1112 Yanvar, 2023
132
CƏMİYYƏT
  • A

Azərbaycanda bu evin bənzəri yoxdur. Bünövrəsi daş, divarları şüşədəndir. Tikintisində kərpic və ya mişar daşı əvəzinə, 60 mindən çox şüşə butulkadan istifadə olunub. Bu qeyri-adi ev Xaçmaz rayonunun Nabran kəndindədir.

OXU24.COM bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Nabrandakı şüşə evdə yaşayan Seyidovlar ailəsinin qonağı olub.

Hamının diqqətini çəkən ev 2011-ci ildə kənd sakini Baləhməd Xanbabayev tərəfindən tikilib. Unikal evin inşasına 4 il vaxt sərf olunub. Üç otaq, mətbəx və sanitar qovşaqdan ibarət evin tikintisində müxtəlif rəngli şüşə butulkalardan istifadə edilib.

Baləhməd Xanbabayev həyatdan köçdükdən sonra butulka evdə onun qohumları məskunlaşıb.

Artıq dörd ildir şüşə evdə Şəmsibanu Seyidova qızı və nəvəsi ilə birlikdə yaşayır. Nabran kənd tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Ş.Seyidova butulka evin olduqca rahat və isti olduğunu bildirir.

"Baləhməd dayı bu evdən qabaq butulkalardan hamam tikib. Hamı bəyənib. Sonra həyətdə boş içki şüşələrindən kiçik bir otaq inşa edib. Bu əl işi də uğurlu alındıqdan sonra, ev tikmək qərarına gəlib. Tikinti materialı kimi istifadə etdiyi butulkaları yığmaq ona asan başa gəlməyib. Bu işdə ona azyaşlı uşaqlar və dostları kömək edib. 60 mindən çox butulka toplamaq sizə asan gəlməsin. Bir neçə ildir burada yaşayırıq. Ev işıq, su və qazla təmin olunub. Butulka ev isti və olduqca rahatdır", - deyə Şəmsibanu Seyidova söyləyib.

Yayda tamamilə yaşıllıqla əhatə olunan butulka evi seyr etməklə yanaşı, burada gecələmək istəyənlərə də tez-tez rast gəlinir. Seyidovlar ailəsi yayda butulka evi kirayə verərək gəlir əldə edirlər. Bu unikal evdə yaşamaq istəyənlər gündəlik 20-30 manat ödəməlidirlər.

"Nabran turizm zonasıdır. Bu evin yaxınlığında da istirahət mərkəzləri var. Dənizə yaxınıq. Buradan keçənlər avtomobillərini saxlayıb butulka evlə maraqlanır, şəkil çəkdirirlər. Xüsusilə gecə vaxtı evin görüntüsü çox diqqət çəkir. Hava qaranlıq olanda evin içindəki işıq rəngli butulkalardan çölə əks olunur. Ev böyük çılçırağa bənzəyir. Buna görə də yoldan keçənlər qapımızı döyüb, evlə maraqlanırlar. Yayda bu evdə yaşamaq istəyən müştərilərimiz çox olur. Ona görə də əlavə təbliğata ehtiyac da qalmır ", - deyə Şəmsibanu Seyidova bildirib.

Butulka evin sahəsi 60 kvadratmetrdir. Həyətindəki bütün yardımçı tikililər də butulkadan inşa olunub. Evdə əlavə səs-küy də yoxdur. Azərbaycanın başqa bölgələrində də butulkadan istifadə edilməklə tikilən evlər mövcuddur. Amma həmin evlərdə butulkadan tikinti materialı kimi çox az istifadə olunub. Nabrandakı ev isə tamamilə şüşə butulkalardan ibarətdir.

Nabrandakı butulka ev Azərbaycanla yanaşı, xarici ölkələrdə də tanınır. Qeyri-adi ev barədə bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıb. Bu yaxınlarda isə Azərbaycanda çəkilən yeni filmlərdən birinin bəzi səhnələri bu evdə lentə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO