Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8048
az

Azərbaycanda biabırçılıq: Keçmiş arvadının şəklini başqa kişilərə göndərdi və biabırçı sözlər yazdı ( FOTOLAR + VİDEO)

13:2318 Dekabr, 2018
3025
KRİMİNAL
  • A
 
“Keçmiş həyat yoldaşım şəklimin üzərinə nalayiq ifadələr yazaraq kişilərə, tanımadığım şəxslərə göndərir. Bununla ondan ayrıldığım üçün məndən qisas almağı düşünür”.

Bu sözləri Femida.az -a Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Tahirova Nigar Aydın qızı bildirib. Onun sözlərinə görə, keçmiş əri bir neçə dəfə ona ciddi bədən xəsarətləri yetirib, haqqında rüsvayedici məlumatlar yayıb.

“ 2008-ci ildə Quba rayon sakini Orucov Kənan Tərxan oğlu ilə ailə həyatı qurdum. Hər şey öz istəyimizlə oldu. Onun ailəsi imkansız idi. Ev almağa pulları olmadığından kirayədə yaşayırdıq. Bir neçə müddətdən sonra yoldaşım evə içkili gəlməyə, məni döyməyə başladı. İçki almağa pulu olmayanda məni döyürdü, pulu verən kimi əl çəkirdi. Gördüm ki, bu cür yaşamaq olmayacaq. Həmin vaxt anam Türkiyədə işləyirdi. Bizsə, nənəmlə yaşayırdıq. Anama zəng vurub dedim ki, artıq bununla yaşaya bilmirəm. Təcili Azərbaycana qayıtmağını istədim. Anam gələndən sonra da problem düzəlmədi...”

Keçmiş əri tərəfindən şiddətə məruz qalan Nigar Tahirova iddia edir ki, Kənan Orucov rəsmi nikahda olduqları müddətdə onları aldadıb, ev tikdirmək adı ilə pulları alsa da, içki məclisində xərcləyib.

“Nənəmin evini satdıq. Yoldaşım dedi ki, özümüzə həyət evi tikdirəcək. Fatmayidə torpaq aldıq. Qardaşı ilə evi tikmək üçün bizdən pulları aldı. Bir də gördük ki, artıq 40 min manata qədər pul xərclənib, ancaq evin yalnız divarları var. Biz evi görəndə dəhşətə gəldik. Evdə köhnə divan, köhnə qapı və ancaq taxta var idi.


Pəncərələr belə yox idi. Sən demə yoldaşım orada dostları ilə içki məclisi təşkil edib, pis vərdişlərlə məşğul olurmuş. Ondan soruşanda bizimlə dava etməyə başladı. Məni bərk döydü. Nənəmin evini satdıqdan sonra kirayədə qalırdıq...”


Nigar Tahirova bildirib ki, həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə müraciət edib. Sonradan fikrindən daşınıb.


“Gördüm ki, həyatımız alınmır. Məhkəməyə boşanmaq üçün müraciət etdim. Mənə söz verdi ki, daha belə hallar baş verməyəcək. Mən də inanıb boşanma ərizəsini geri götürdüm. Amma bir müddətdən sonra yenə həmin hadisələr başladı. 2016-ci ildə evdə güclü dava düşdü. Anamı, nənəmi və məni döydü. Telefonları əlimizdən aldı. Xırdalanda AAF Parkda kirayə qalırdıq. Anam güclə hamama qaçıb polisə zəng etdi. Biz evdən qaçdıq, onu polis apardı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı. Həmin vaxt Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açıldı. Bu davadan sonra mən məhkəməyə müraciət etdim və 2017-ci ilin iyununda rəsmən boşandıq. 2017-ci ilin fevral ayında keçmiş ərimə islah işləri verildi. Ona dedim ki, bizim münasibətimiz qurtardı. Daha məni narahat etmə...İki uşağım da mənimlə qaldı.

Keçmiş ərim məni şantaj etməyə, hədə-qorxu gəlməyə başladı. Qonşularımıza, tanışlarımıza, qohumlarımıza səs yazıları göndərir. Deyir ki, onu harda tutsam, başını qırxacam və üzünə "şram" atacam. Həyatım təhlükədədir.


Şiddətə məruz qalan qadın iddia edir ki, keçmiş əri rəsmi şəkildə ayrıldıqdan sonra ona bir neçə dəfə fiziki təyziq göstərib. Dəfələrlə onu ölümlə hədələyib.

“Boşandıqdan sonra iki dəfə mənə hücum edib, ciddi zədələr yetirib. Sonuncu dəfə 2018-ci ilin dekabrında Abşeron rayonu Masazır qəsəbəsində mənə hücum etdi. Telefonumu, pul kisəmi və qızıllarımı əlimdən aldı. Özümü də küçənin ortasında vəhşicəsinə döydü. Daha sonra sürüyə-sürüyə kirayə qaldığımız evin qapısına qədər gətirdi. Qapını döydü və məni qapının ağzına ataraq getdi. Anam çölə çıxanda dəhşətə gəldi. Burnumu sındırmışdı. Əməliyyat olundum. Həkimdən kağızım da var. Bu hadisədən sonra yenidən polisə müraciət etdik. Abşeron rayonunda araşdırma başlandı. Bu hadisəyə qədər keçmiş ərim alimenti ödəmədiyinə görə axtarışa verilmişdi. 7000 manat aliment borcu var...Buna görə də, Quba Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı.Üstəlik də mənə hücum etdiyi üçün cinayət işi açıldı. ”



Nigar Tahirovanın sözlərinə görə, Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə cinayət işi açılıb. Amma bu onları qane etmir.


“Məni küçənin ortasında ölümcül döyüb. Burnumu sındırıb. Kəllə-beyin travması almışam. Bütün bunları sübut edəcək foto şəkillərim, həkimin rəyi var. Bundan əlavə keçmiş ərim mənə qarşı soyğunçuluq edib. Küçənin ortasında telefonumu, pulumu və qızıllarımı aparıb. Təəssüf ki, Abşeron Rayonunda çalışan müstəntiq Fuad Nəsirov bunları nəzərə almır. Müstəntiq mənə deyir ki, telefonu, pulu aparması cinayət deyil. Sual verirəm ki, onunla rəsmi şəkildə boşanmışamsa, nə ixtiyarı var məni izləsin və şəxsi həyatıma qarışsın...”

Nigar  Tahirovanın iddiasına görə, keçmiş əri küçənin ortasında ona məxsus mobil telefonu zorla əlindən aldıqdan sonra ona məxsus f otoların üzərində biabırçı sözlər yazaraq müxtəlif şəxslərə göndərib. “Bunu etməkdə məqsədi isə məni cəmiyyətdə biabır etməkdir”, deyə Nigar Tahirova qeyd edib.

Nigar Tahirovanın nümayəndəsi, hüquqşünas Ellada Bayramova işlə bağlı hüquqi proseslər barədə məlumat verib. Hüquqşünasın sözlərinə görə, Kənan Orucov bu hadisəyə qədər iki dəfə keçmiş arvadına hücum edib və xəsarətlər yetirib. Həmin hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa yüngül zərər vurma ilə cinayət işi başlanıb.Əvvəlki hadisələrə görə keçmiş ər 500 manat cərimə və islah bir ilədək müddətə islah işləri ilə cəzalandırılıb.


Ellada Bayramovanın sözlərinə görə, bu dəfə Nigar Tahirovaya daha ciddi bədən xəsarətləri yetirilib. Həmçinin ona qarşı soyğunçuluq hadisəsi baş verib.

“Hazırda iş Abşeron Rayon Polis İdarəsində müstəntiq Fuad Nəsirovun icraatındadır. Məsələ ilə bağlı yuxarı qurumlara da müraciət etmişik”, deyə hüquqşünas qeyd edib.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı