Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80410
az

Belarusiya hərbi xərcləri rekord səviyyədə artırdı

12:0110 Yanvar, 2023
94
DÜNYA
  • A

Belarus hərbi gücünü artırır.

2023-cü ildə Belarusun müdafiə xərcləri təxminən 1 milyard dollar olacaq.

Bu, 2021-ci illə müqayisədə iki dəfə çoxdur.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  hərbi  nəşr  olan   "Agentlik" saytı   hərbi analitik, Polşanın Rochan Consulting analitik mərkəzinin rəhbəri Konrad Muzykaya istinadən məlumat yayıb.


2021-ci ildə Belarusun müdafiə büdcəsi 1,36 milyard Belarus rublu (540 milyon dollar), 2022-ci ildə 1,69 milyard Belarus rublu (670 milyon dollar) təşkil edib. Bu il büdcə keçən illə müqayisədə demək olar ki, bir milyard rubl, 2021-ci ilə nisbətən isə təxminən 1,3 milyard artıb.

Muzykanın fikrincə, hətta 2022-ci ilin sonuna 16% olacağı gözlənilən inflyasiya nəzərə alınsa, 2023-cü ildə Belarusun müdafiə büdcəsi real ifadədə 45% artacaq.

Bu il Belarusda daxili işlər orqanlarına və DTK-ya xərclər də xeyli artıb - müvafiq olaraq 135 və 40 milyon dollar. Milli təhlükəsizlik xərcləri 2023-cü ildə 0,58 milyard dollardan 1,1 milyard dollara yüksəldi.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ şirkəti Terminatoru uğurla sınaqdan keçirib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə cavabını açıqlayıb
Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi