Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80378
az

Səfərbərlikdən qaçan ruslar hava limanında yaşayır

16:4709 Yanvar, 2023
120
DÜNYA
  • A

Səfərbərlik səbəbindən Rusiyanı tərk edən beş Rusiya vətəndaşı Koreya Respublikasının əsas hava limanı olan İnçon Beynəlxalq Hava Limanının gediş zonasında ilişib qalıb.

 

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  The Korea Times yazır.

 

Nəşrin məlumatına görə, ruslar sığınacaq üçün müraciət ediblər, lakin Cənubi Koreya hakimiyyəti səfərbərlikdən yayınmağın qaçqın statusu almaq üçün əsas olmadığını əsas gətirərək onlardan imtina edib.

 

Hökumət onlardan birindən “ilkin qiymətləndirmə” mərhələsində imtina edib.

 

Amma həmin şəxslər vəkilin köməkliyi ilə yanvarın sonunda qərar verəcək məhkəməyə şikayət veriblər.

 

“Sığınacaq istəyən ruslar bir neçə aydır ki, hava limanının rüsumsuz zonasının daxilində uçuş salonunda yaşayırlar. Onlar Ədliyyə Nazirliyinin verdiyi yeməkləri yeyirlər: səhər və axşam yeməyində tort və şirə, naharda toyuqlu düyü”, –  deyə qəzet yazır.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orban Çində səfərdədir
Ukraynada hava hücumu xəbərdarlığı elan edildi
Britaniyanın yeni hökuməti 40 min məhbusu azad edəcək

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı